Cəmiyyət

Lənkəranda açıq ərazidə yanğın başlayıb - VİDEO

03 Aug 2026, 17:58 17 baxış
Lənkəranda açıq ərazidə yanğın başlayıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər