Cəmiyyət
Xırdalanda BIÇAQLANMA: Kişi öldü, arvadı xəstəxanaya yerləşdirildi
Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, Zaqatala rayon sakini Tərlan İbrahimov yaşadığı evdə həyat yoldaşını və özünü bıçaqlayıb. Hadisə nəcisəsində qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, kişi isə ölüb. Faktla bağlı Abşeron Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Mənbə
oxu.az