Cəmiyyət

Dənizdə batanlar AzTV əməkdaşının qardaşlarıdır

03 Aug 2026, 15:03 17 baxış
Dənizdə batanlar AzTV əməkdaşının qardaşlarıdır

Xəbər verdiyimiz kimi, ötən gün Buzovnada üç nəfər dənizdə batıb.


Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, dənizdə batan şəxslər AZTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır.


Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.


Hazırda suda batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər