Cəmiyyət

Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı

03 Aug 2026, 09:50 22 baxış
Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.


Axar.az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov İnstaqram hesabında paylaşım edib.


O bildirib ki, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib:


"Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb. Boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəliblərmiş".

Mənbə axar.az

Oxşar Xəbərlər