İdman
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Azərbaycanın FİFA referisi Kamal Umudlu təyinat alıb.
Axar.az AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Dinamo Siti" (Albaniya) – "Aluminiy" (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.
Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, görüş iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mənbə
axar.az