İdman

Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq

27 Jul 2026, 10:00 1 baxış
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Bu gündən Bakıda güləş üzrə U17 dünya çempionatına start verilir. Oxu.Az xəbər verir ki, yarışın ilk günündə beş çəkidə mübarizə aparacaq yunan-roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Belə ki, bu gün 48, 55, 65, 80, 110 kq-da mübarizə aparan idmançılar güclərini sınayacaqlar. Qeyd edək ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq. 1/8 final 48 kq Ömər Salmanov - Avinaş Çetake (Hindistan) Təsnifat mərhələsi 55 kq Qurban Məcnunov - Alixan Minazarov (Qırğızıstan) 65 kq Orxan Həbibli - Qaspar Sançes (Çexiya) 80 kq İsfahan Həsənov - Toma Yelenç (Xorvatiya) 110 kq Emin Baxşəliyev - Andrey Simiç (Serbiya) Qeyd edək ki, U17 güləş üzrə dünya çempionatı 27 iyul - 2 avqust tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər