İdman

"Şamaxı" Qətər klubunu böyük hesabla məğlub etdi

27 Jul 2026, 01:11 2 baxış
"Şamaxı" Qətər klubunu böyük hesabla məğlub etdi

“Şamaxı” yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxlama oyununa çıxıb.


Axar.az xəbər verir ki, bölgə təmsilçisi ötən gün Qətərin 2-ci liqa təmsilçisi “Əl-Xaritiyat”la üz-üzə gəlib.


Qəbələdə keçirilən görüşdə “Şamaxı” 3 cavabsız qola sevinib. Qolları Uğur Cahangirov, Emin Rüstəmov və Edqar Adilxanov vurublar.


Qeyd edək ki, “Şamaxı” ilk yoxlama oyununda “Kəpəz”lə qolsuz bərabərliyə razılaşmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər