İdman

Güləş üzrə U17 dünya çempionatında Azərbaycan idmançılarının ilk rəqibləri məlum oldu

27 Jul 2026, 00:48 2 baxış
Güləş üzrə U17 dünya çempionatında Azərbaycan idmançılarının ilk rəqibləri məlum oldu
İyulun 27-də Bakıda güləş üzrə U17 dünya çempionatına start verilir. Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləcək mundiala yunan-Roma güləşçiləri start verəcək. İyulun 26-da turnirin püşkatma mərasimi keçirilib və təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib. 45 kq Təsnifat mərhələsi Əli Cavadlı - Oqnyan Burqazov (Bolqarıstan) 48 kq 1/8 final Ömər Salmanov - Avinaş Çetake (Hindistan) 51 kq Təsnifat mərhələsi Abdulrəhman Hüseynli - Kuanişbek Janqajol (Qazaxıstan) 55 kq Təsnifat mərhələsi Qurban Məcnunov - Alixan Minazarov (Qırğızıstan) 60 kq Təsnifat mərhələsi Elmir Çərkəzov - Nurali Askar (Qazaxıstan) 65 kq Təsnifat mərhələsi Orxan Həbibli - Qaspar Sançez (Çexiya) 71 kq Təsnifat mərhələsi Nadir Həsənov - Mahdi Azizboyev (Tacikistan) 80 kq Təsnifat mərhələsi İsfahan Həsənov - Toma Yelenç (Xorvatiya) 92 kq Təsnifat mərhələsi Zöhrab Səfərov - Hlib Yevsieyev (Ukrayna) 110 kq Təsnifat mərhələsi Emin Baxşəliyev - Andrey Simiç (Serbiya) Xatırladaq ki, ilkin mərhələ görüşləri saat 10:30-da start götürəcək. Saat 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər