İdman
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Şamaxı" futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxalama oyununa çıxıb. Oxu.Az xəbər verir ki, "Şamaxı" Qətərin "Əl-Xəritiyyət" klubu ilə qarşılaşıb. Qəbələdə keçirilən görüş "Şamaxı"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Uğur Cahangirov, Edqar Adilxanov və Emin Rüstəmov vurublar. Qeyd edək ki, "Şamaxı" ilk yoxlama matçında "Kəpəz"lə qolsuz heç-heçə edib.
Mənbə
oxu.az