İdman

“Beşiktaş” Salaha 20 milyon təklif edir

26 Jul 2026, 17:52 17 baxış
“Beşiktaş” Salaha 20 milyon təklif edir

Türkiyənin “Beşiktaş” klubunun Məhəmməd Salah üçün hazırladığı müqavilə təklifinin maliyyə detalları məlum olub.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi misirli ulduza 2 illik müqavilə təklif edib.


Razılaşmaya əsasən, 33 yaşlı futbolçuya hər mövsüm üçün 15 milyon avro zəmanətli maaş və təxminən 4 milyon avro performans bonusu nəzərdə tutulub.


Müqavilədə Salahın imic hüquqları ilə bağlı xüsusi maddələrin də yer aldığı bildirilib. Bonuslar da nəzərə alındıqda, hücumçunun illik qazancının 19-20 milyon avroya çatacağı gözlənilir.


“Beşiktaş”ın Salah üçün ayırdığı ümumi büdcənin 40 milyon avronu ötəcəyi qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər