İdman

Osimhen üsyan etdi: Nankorlar, 3 aydır maaş almıram...

26 Jul 2026, 12:09 16 baxış
Osimhen üsyan etdi: Nankorlar, 3 aydır maaş almıram...

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen sosial media hesabında canlı yayım zamanı Türkiyə klubunun rəhbərliyini sərt tənqid edib.


Axar.az xəbər verir ki, nigeriyalı hücumçu 3 aydır maaş ala bilmədiyini açıqlayıb.


"Üç aydır maaşımı almıram. Mən olmasaydım, dünyada heç kim "Qalatasaray"ı tanımazdı. Əgər pulumu verməsəniz, gedəcəyəm. Nankorlar!”, - futbolçu bildirib.


Qeyd edək ki, Viktor Osimhen “Qalatasaray”a İtaliyanın “Napoli” klubundan 75 milyon avro qarşılığında transfer olunub. O, ötən mövsüm 33 matçda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər