İdman

"Neftçi" avrokuboklarda mübarizəni dayandırdı

26 Jul 2026, 01:12 21 baxış
"Neftçi" avrokuboklarda mübarizəni dayandırdı

“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxıb.


Axar.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəlib.


Yunanıstanın Veria şəhərində təşkil olunan matç PAOK-un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla meydan sahibləri II təsnifat mərhələsinə yüksəliblər. Bakı təmsilçisi isə turnirdə mübarizəni dayandırıb.


Qeyd edək ki, “Neftçi” yarımfinalda Monteneqronun “Buduçnost” kollektivini üstələmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər