İdman

Azərbaycan millisi tarixi qələbə qazandı

25 Jul 2026, 22:09 3 baxış
Azərbaycan millisi tarixi qələbə qazandı

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazanıb.


Axar.az xəbər verir ki, yığma ikinci turda Ukrayna seçməsi ilə üz-üzə gəlib.


Qarşılaşmanın ilk hissəsini məğlub başa vuran komanda ikinci yarıda əzmkar geridönüş edərək 77:68 hesablı qələbəyə sevinib.


Oyunun ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Emanuel Aqbason seçilib. O, qarşılaşmada 20 xal və 17 ribaundla komandasının qələbəsində mühüm rol oynayıb. Bu nəticə Azərbaycanın U-18 millisinin Avropa çempionatının B divizionunda qazandığı ilk qrup qələbəsi kimi tarixə düşüb.


Qeyd edək ki, yığma qrup mərhələsində növbəti oyununu iyulun 26-sı Bakı vaxtı ilə saat 12:30-da İslandiya seçməsinə qarşı keçirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər