İdman
"Formula-1": Lando Norris Macarıstan Qran-prisinin təsnifat mərhhələsinin qalibi oldu
"Maklaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" üzrə Macarıstan Qran-prisinin təsnifat mərhələsində qalib gələrək poul mövqeyini qazanıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarış "Hunqarorinq" avtodromunda keçirilir. İkinci yeri "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton tutub. İlk üçlüyü onun komanda yoldaşı, monakolu Şarl Lekler tamamlayıb. Əsas yarış iyulun 26-da Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Mənbə
oxu.az