İdman

DÇ-2026-nın ulduza çevrilən qapıçının yeni klubu

25 Jul 2026, 15:37 2 baxış
DÇ-2026-nın ulduza çevrilən qapıçının yeni klubu

Kabo-Verde millisinin qapıçısı Vozinya Çilinin karyerasını “Kolo-Kolo” klubunda davam etdirəcək.


Axar.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.


O bildirib ki, tərəflər sənədləri hələ imzalamayıblar. 40 yaşlı qolkiper tezliklə tibbi müayinədən keçəcək.


Transferin həftəsonu rəsmiləşdirilməsi gözlənilir.


Qeyd edək ki, Vozinyanın Portuqaliyanın “Şaviş” klubu ilə müqaviləsinin müddəti bu yay başa çatıb. DÇ-2026-dakı uğurlu çıxışı onun sosial şəbəkələrdə izləyici sayına görə dünyanın ən populyar qapıçısına çevrilməsinə səbəb olub.

Mənbə axar.az

Oxşar Xəbərlər