İdman

Lionel Messi Argentina yığmasındakı karyerasını başa vurdu?

25 Jul 2026, 12:14 1 baxış
Lionel Messi Argentina yığmasındakı karyerasını başa vurdu?
2026-cı il dünya çempionatının finalı hücumçu Lionel Messi üçün yığmada sonuncu oyun olub. Oxu.Az xəbər verir ki, bu barədə "Boka Xuniors"un və Argentina milli futbol komandasının yarımmüdafiəçisi Leandro Paredes mətbuat nümayəndələrinə müsahibəsində bildirib. "Messi DÇ-nin finalının milli komandanın heyətində sonuncu matçı olacağına qərar verib. Mən isə onun çıxışını davam etdirəcəyinə ümid edirəm. Onu nə xoşbəxt edirsə, biz də buna sevinəcəyik", - deyə futbolçu qeyd edib. Qlobal turnirdə səkkiz dəfə fərqlənən Messi, on qola imza atan Kilian Mbappedən sonra ikinci yerdə qərarlaşıb. Karyerası ərzində Messi Argentina yığması ilə 207 matça çıxıb və 125 qola imza atıb. O, milli ilə birlikdə 2022-ci ildə futbol üzrə dünya çempionatının, 2022-ci ildə Finalissimanın, iki dəfə Amerika Kubokunun (2021 və 2024) qalibi olub, həmçinin olimpiya komandasının tərkibində 2008-ci il Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər