İdman

Lebron Ceyms klubunu dəyişdi

24 Jul 2026, 23:12 2 baxış
Lebron Ceyms klubunu dəyişdi
NBA tarixinin ən yaxşı snayperlərindən biri hesab olunan amerikalı basketbolçu Lebron Ceyms "Los-Anceles Leykers"dən "Filadelfiya"ya keçib. Oxu.Az xəbər verir ki, bu barədə basketbolçu "X" sosial şəbəkəsindəki hesabında məlumat verib. ESPN telekanalının jurnalisti Şems Çaraniyanın məlumatına görə, oyunçu ilə ikiillik müqavilə imzalanıb. "Mövsüm başa çatanda karyeramı bitirdiyimi düşünürdüm. Bu barədə açıqlama verməyə hazır deyildim və qərar qəbul etmək üçün zamana ehtiyacım olduğunu anlayırdım. Son oyunumu keçirdiyimə demək olar ki, əmin idim. Ancaq inanıram ki, "Filadelfiya"nın çempion komandaya çevrilməsinə kömək edə bilərəm. Yeni azarkeş kütləsini ruhlandırmaq və bu möhtəşəm səyahətə sonuncu dəfə başlamaq məni çox həyəcanlandırır", - deyə Lebron Ceyms yazıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər