İdman
Andrea Pirlo İtaliya yığmasının baş məşqçisi postuna əsas namizəddir
İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Andrea Pirlo ölkəsinin milli komandasının baş məşqçisi postuna əsas namizəd hesab olunur. Oxu.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Məlumata görə, İtaliya Futbol Federasiyasının idman direktoru Paolo Maldini Pirlonun bu vəzifə üçün tam uyğun mütəxəssis olduğuna əmindir. Onunla bağlanacaq müqavilənin 2030-cu ilə qədər nəzərdə tutulacağı ehtimal olunur. 47 yaşlı mütəxəssis hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Dubay Yunayted" klubunun baş məşqçisidir. Xəbərdə bildirilir ki, daha əvvəl İtaliya yığmasının baş məşqçisi postu "Mançester Siti"nin keçmiş çalışdırıcısı Xosep Qvardiolaya təklif olunub. İspaniyalı mütəxəssisin İtaliyadan gələn təklifi qəbul etmədiyi vurğulanır.
Mənbə
oxu.az