İdman

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi

24 Jul 2026, 13:58 2 baxış
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
Bu gün Peşəkar Futbol Liqasının (PFL) ümumi yığıncağı keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə futbol qurumu özü məlumat yayıb. Tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər. Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə PFL-in prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində Peşəkar Futbol Liqasının idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar: Elxan Səmədov - PFL prezidenti Məlik Həsənov - İdman işləri üzrə müşavir Aslan Şahgəldiyev - Vitse-prezident Zaur Hacı-Məhərrəmov - İcraçı direktor Elgiz Abbasov - Texniki-idman direktoru Sənan Abdullayev - Media və marketinq direktoru
Mənbə oxu.az

Oxşar Xəbərlər