İdman

Adı sanksiyalar siyahısına salındı, istefa verdi

24 Jul 2026, 11:23 4 baxış
Adı sanksiyalar siyahısına salındı, istefa verdi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç vəzifəsini müvəqqəti tərk etdiyini bildirib.


Axar.az APA-ya istinadla xəbər verir ki, Dvorkoviç bunu adının Avropa Birliyinin (AB) 21-ci sanksiyalar siyahısına salınması ilə izah edib.


O, AB qərarını əsassız adlandırıb və qərarla bağlı bütün mümkün hüquqi addımların atılacağını bildirib.


Arkadi Dvorkoviç hesab edir ki, məhkəmənin yekun qərarınadək sanksiyalar FİDE-nin fəaliyyətinə mane ola bilər, bu səbəbdən də prezident vəzifəsindən müvəqqəti olaraq könüllü getmək qərarı verib.


FİDE-nin Nizamnaməsinə görə, Prezident səlahiyyətlərini qurumun vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək.


Qeyd edək ki, Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-nin prezidentidir. O, 2022-ci ildə keçirilən seçkidə ikinci dəfə bu vəzifəyə seçilib.

Mənbə axar.az

Oxşar Xəbərlər