İdman

UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişmədi

24 Jul 2026, 08:10 3 baxış
UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişmədi
Azərbaycanın UEFA əmsallar cədvəlindəki yerini möhkəmləndirib. Oxu.Az xəbər verir ki, bu həftə avrokubok oyunlarında klublarımız göstərdiyi nəticə ilə Azərbaycanın hesabına 0.375 xal yazdıra bilib. Belə ki, "Sabah"ın "KuPS" üzərində qələbəsi 0.250, "Qarabağ"ın isə "ÇSKA Sofiya" ilə heç-heçəsi 0.125 xalı aktivimizə yazdırıb. Xal ehtiyatını 20.437-yə çatdıran Azərbaycan 26-cı pillədə yerini möhkəmləndirib. 25-ci pillədə qərarlaşan İsrailin 21.500, 27-ci pillədə olan Slovakiyanın isə 19.375 xalı var.
Mənbə oxu.az

Oxşar Xəbərlər