Baxımlı oyun olmadı - Qurban Qurbanov
"Qarabağ" MOİK ilə cavab oyununda daha yaxşı nəticə əldə etməyə çalışacaq.
Axar.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məçqçisi Qurban Qurbanov MOİK-ə (Sofiya) qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib:
"İlk dəqiqələrdən gərgin oyun oldu. Yaxşı komandaya qarşı mübarizə apardıq. Düşünürəm ki, bir o qədər baxımlı matç izləmədik. Hava sərin olsaydı daha yaxşı oyuna şahidlik edə bilərdik. Cavab görüşündə daha yaxşı nəticə qazanmağa çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" və MOİK komandaları arasında keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Tərəflər arasında cavab matçı 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.