İdman
Modriç "Milan"da qaldı - RƏSMİ
Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç İtaliyanın "Milan" futbol klubu ilə yeni müqavilə imzalayıb. Oxu.Az bildirir ki, bu barədə komandanın saytında məlumat verilir. Müqavilə 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub. 40 yaşlı futbolçu 14 nömrə altında çıxış etməyə davam edəcək. O, "Milan"a 2025-ci ilin yayında keçib. Keçən mövsüm Modriç komandanın heyətində 37 oyun keçirib və iki qol vurub.
Mənbə
oxu.az