İdman

"Qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov məğlubiyyəti şərh etdi

23 Jul 2026, 22:36 1 baxış
"Qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov məğlubiyyəti şərh etdi
"Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında səfərdə Estoniyanın "Payde" kollektivinin qonağı olub. Oxu.Az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma Bakı təmsilçisinin 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Oyundan sonra mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov nəticəni şərh edib. O, matçın gedişindən danışaraq qol imkanlarından yararlana bilmədiklərini vurğulayıb: "İlk hissədə təzyiq etməklə rəqib üzərində üstünlük yaratdıq. Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik. İkinci hissəyə fəal başladıq. Son 15-20 dəqiqə ərzində oyun bərabərləşdi. Bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan əvvəl də vurğulamışdım ki, rəqibin avrokubok təcrübəsi var. Bunu matçın sonunda hiss etdik. Evdəki oyunda rəqib üzərində qələbə qazanaraq mərhələni keçmək istəyirik". Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 30-da Bakıda baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər