İdman

"MOİK Sofiya"nın baş məşqçisi: "Qarabağ" çox güclü klubdur, vəziyyət başqa cür də ola bilərdi"

23 Jul 2026, 22:46 1 baxış
"MOİK Sofiya"nın baş məşqçisi: "Qarabağ" çox güclü klubdur, vəziyyət başqa cür də ola bilərdi"
"Bizim üçün çox vacib oyun idi". Oxu.Az xəbər verir ki, bunu UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "MOİK Sofiya" qarşılaşmasından sonra Bolqarıstan təmsilçisinin baş məşqçisi Xristo Yanev deyib. O bildirib ki, futbolçular çox yaxşı performans göstəriblər: "Oyunçularımız çox motivasiyalı idi. Ümid edirəm ki, cavab oyununda da belə performans göstərərik. Bizim qarşımızdakı əsas məqsəd cavab oyununda da qələbə qazanıb mərhələ adlamaqdır. Hər oyuna individual yanaşırıq. Bəzi futbolçularda zədə problemi var idi. Bu səbəbdən də çox riskə getmədik və bərabərliyi qorumağa çalışdıq". "Qarabağ" çox güclü klubdur. Bunu hər kəs bilir. "Qarabağ"ın çox güclü futbolçuları var. Vəziyyət başqa cür də ola bilərdi. Heç-heçə bizim üçün çox yaxşı nəticə oldu", - deyə baş məşqçi qeyd edib. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Xatırladaq ki, "Qarabağ" və "MOİK Sofiya" klubları arasında cavab oyunu iyulun 30-da keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər