İdman
"Arsenal" yunanıstanlı futbolçu ilə gücləndi
"Brügge"nin yunanıstanlı yarımmüdafiəçisi Xristos Dzolis "Arsenal"a transfer olunub. Oxu.Az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytında məlumat verilib. Məlumata görə, 24 yaşlı futbolçu ilə 2031-ci ilin iyununa qədər müqavilə imzalanıb. Daha əvvəl gənc futbolçunun İngiltərə təmsilçisinə 40 milyon avroya başa gələcəyi barədə məlumatlar yayılmışdı. Yunanıstanlı oyunçu Belçika komandasının heyətində bütün turnirlərdə ümumilikdə 108 oyun keçirib. O bu oyunlarda 43 qol vurub və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az