İdman

Anxel Korreanın yeni klubu bəlli oldu

23 Jul 2026, 16:24 1 baxış
Anxel Korreanın yeni klubu bəlli oldu
Məşhur argentinalı futbolçu Anxel Korrea karyerasını vətənində davam etdirəcək. Oxu.Az xəbər verir ki, bu məlumatı tanınmış idman jurnalisti və insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşıb. Məlumata görə, Meksikanın "Tiqres" klubunun yarımmüdafiəçisinin "River Pleyt"ə transferi ilə bağlı tam razılıq əldə olunub. 31 yaşlı futbolçunun keçidinin 17 milyon dollara başa gəldiyi bildirilir. Korrea yeni klubu ilə 2029-cu ilədək nəzərdə tutulan müqavilə imzalayacaq və tezliklə tibbi baxışdan keçmək üçün "River Pleyt"in düşərgəsinə yollanacaq. Qeyd edək ki, Korrea karyerasının parlaq illərini təxminən 10 il şərəfini qoruduğu "Atletiko Madrid"də keçirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər