İdman

"Real Madrid" yeni mövsüm üçün səfər formasını təqdim etdi - FOTO

23 Jul 2026, 15:04 1 baxış
"Real Madrid" yeni mövsüm üçün səfər formasını təqdim etdi - FOTO
"Real Madrid" klubu 2026/2027-ci illər mövsümündə istifadə edəcəyi səfər forması dəstini nümayiş etdirib. Oxu.Az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytında məlumat verilib. Madrid klubu və "Adidas" şirkətinin birgə ərsəyə gətirdiyi yeni mövsüm forması əvvəlki dizaynların müasir üslubda təqdimatıdır. Geyim krem rəngli elementlərlə tamamlanan tünd yaşıl tonda hazırlanıb. Açıqlamada bildirilir ki, idman köynəyinin üzərində klubun baş hərfləri əks olunan incə həndəsi naxışlar və krem rəngli kənarları olan modern yaxa tətbiq edilib. Eyni zamanda, formanın dizaynına yüksəksəviyyəli idman innovasiyalarını futbol mədəniyyəti və gündəlik geyim tərzi ilə birləşdirən "Adidas Trefoil" loqosu da əlavə olunub.
{{gallery}}
"Real Madrid" yeni mövsüm üçün səfər formasını təqdim etdi - FOTO "Real Madrid" yeni mövsüm üçün səfər formasını təqdim etdi - FOTO "Real Madrid" yeni mövsüm üçün səfər formasını təqdim etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər