İdman
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi? - 23.07.2026
"Şəfa" futbol klubu daha bir futbolçunu heyətinə qatıb. Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, niderlandlı müdafiəçi Kristofer Mamengi ilə 1+1 illik müqavilə imzalanıb. 25 yaşlı oyunçu ölkəsində "Utrext" və "Almere", Kosovoda isə "Priştina" klublarının formasını geyinib. O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.
"Araz-Naxçıvan" isə Mamadu Kaneni heyətinə qatıb. Qvineyalı dayaq yarımmüdafiəçi yeni mövsümü "Araz-Naxçıvan"ın heyətində keçirəcək, onunla imzalanan müqavilənin müddəti 1 ildir. 29 yaşlı futbolçu müxtəlif illərdə "Satellite", "Kaloum", "Qanqan", "Neftçi" (Bakı), "Olimpiakos", "Rodina Moskva", "Auda", "Etnikos" klublarında çıxış edib. Sonuncu klubu isə Kiprin "Pafos" komandası olub. Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub. O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb. Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Mənbə
oxu.az