İdman

"Qarabağ" və "Zirə"nin bugünkü oyunlarını hansı kanallar yayımlayacaq?

23 Jul 2026, 15:44 3 baxış
"Qarabağ" və "Zirə"nin bugünkü oyunlarını hansı kanallar yayımlayacaq?
Bu gün UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, Azərbaycanı bu liqalarda təmsil edən "Qarabağ" və "Zirə"nin oyunları Bakı vaxtı ilə 20:00-da başlayacaq. UEFA Avropa Liqasında ölkəmizi təmsil edən "Qarabağ"ın Bolqarıstanın ÇSKA klubu ilə Bakıdakı oyununu "CBC Sport"da yayımlayanacaq. UEFA Konfrans Liqasında Estoniyada "Payde"nin qonağı olacaq "Zirə"nin oyununu isə azarkeşlər "İdman TV"də izləyə biləcəklər. 23 iyul UEFA Avropa Liqası 20:00. "Qarabağ" - ÇSKA (Sofiya) (CBC Sport) UEFA Konfrans Liqası 20:00. "Payde" - "Zirə" (İdman TV)
Mənbə oxu.az

Oxşar Xəbərlər