İdman
"Sabah" və "Neftçi"nin oyunlarını hansı kanal yayımlayacaq?
Avrokuboklarda ölkəmizi təmsil edən "Sabah" və "Neftçi" klublarının gələn həftə keçirəcəyi oyunları yayımlayacaq telekanal müəyyənləşib. Oxu.Az xəbər verir ki, qarşılaşmalar İctimai TV-də canlı yayımlanacaq. Bundan başqa, kanal Türkiyənin ən köklü klublarından "Fənərbağça"nın da növbəti turdakı oyununu tamaşaçılara təqdim edəcək. 28 iyul, saat 19:00 UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu "KuPS" (Finlandiya) - "Sabah" (Azərbaycan) 29 iyul, saat 22:00 UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu "Qurnik Zabje" (Polşa) - "Fənərbağça" (Türkiyə) 30 iyul, saat 21:00 UEFA Konfrans Liqası, II təsnifat mərhələsinin cavab oyunu "Dinamo Minsk" (Belarus) - "Neftçi" (Azərbaycan)
Mənbə
oxu.az