İdman

UEFA Konfrans Liqası: "Zirə" növbəti oyununa çıxır

23 Jul 2026, 09:08 1 baxış
UEFA Konfrans Liqası: "Zirə" növbəti oyununa çıxır
UEFA Konfrans Liqasındakı təmsilçimiz "Zirə" bu gün növbəti oyununa çıxır. Oxu.Az xəbər verir ki, 2-ci təsnifat mərhələsində "Zirə" Estoniyanın "Payde" komandası ilə qarşılaşacaq. Payde şəhərindəki eyni adlı stadionda baş tutacaq oyuna Bakı vaxtı ilə 20:00-da start veriləcək. Qeyd edək ki, ilk təsnifat mərhələsində "Zirə" hər iki oyunda Gürcüstanın "Torpedo Kutaisi" klubundan üstün olub. Hər iki qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Payde" isə ilk mərhələdə Litvanın "Hegelman" klubunu iki oyunun nəticəsinə əsasən məğlub etməyi bacarıb. İlk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Estoniya təmsilçisi cavab qarşılaşmasında 3:0 hesablı qələbəyə sevinib. Xatırladaq ki, "Zirə" və "Payde" arasında Bakıdakı qarşılaşma iyulun 30-da olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər