İdman

Argentina Futbol Assosiasiyasının rəhbəri ABŞ-də hava limanında saxlanılıb

23 Jul 2026, 00:36 1 baxış
Argentina Futbol Assosiasiyasının rəhbəri ABŞ-də hava limanında saxlanılıb
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2026-cı il dünya çempionatının finalından sonra Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapiyanı Nyu-York hava limanında saxlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Argentinanın TN telekanalı məlumat yayıb. Mənbənin məlumatına görə, AFA rəhbərinin və assosiasiyanın digər nümayəndələrinin kompüterləri və mobil telefonları müsadirə edilib. Məhkəmə sənədlərinə əsasən, Klaudio Tapiya, assosiasiyanın xəzinədarı Pablo Toviqino və AFA rəhbəri ilə əlaqəli olduğu bildirilən iş adamı Xavyer Faroni iyulun 30-da ifadə vermək üçün ABŞ-nin Cənubi Florida Dairə Məhkəməsinə çağırılıblar. Hadisənin AFA ilə bağlı maliyyə və kommersiya sövdələşmələrinin araşdırılması çərçivəsində baş verdiyi bildirilir. Məlumata görə, son həftələrdə Xavyer Faroni və həyat yoldaşının Cənubi Floridada ən azı dörd lüks daşınmaz əmlak obyekti alması ilə bağlı təhqiqat da genişləndirilib. Həmin əmlakların ümumi dəyərinin 11 milyon ABŞ dollarından çox olduğu qeyd edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər