İdman

Kazemiro "İnter Mayami"yə keçdi

22 Jul 2026, 23:24 3 baxış
Kazemiro "İnter Mayami"yə keçdi
"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Kazemiro karyerasını ABŞ-də davam etdirəcək. Oxu.Az xəbər verir ki, bu barədə MLS təmsilçisi "İnter Mayami"nin rəsmi saytı məlumat yayıb. 34 yaşlı braziliyalı futbolçu ilə 2027-ci il mövsümünün sonunadək müqavilə imzalanıb. Razılaşmaya əsasən, müqavilənin müddəti daha iki il uzadıla bilər. Kazemironun 2022-ci ildən çıxış etdiyi "Mançester Yunayted"lə müqaviləsinin müddəti bu yay başa çatıb. Təcrübəli yarımmüdafiəçi İngiltərə klubunun heyətində keçirdiyi 160 oyunda 26 qol vurub, 14 məhsuldar ötürmə verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər