İdman
Belarus təmsilçisinin baş məşqçisi: "Üstünlük bizdədir, amma o qədər də böyük deyil"
"Bu cür əla komandaya qalib gəlmək xoşdur. Qalibiyyətə görə şadıq". Oxu.Az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda keçirilən "Neftçi" və "Dinamo" (Minsk) qarşılaşmasından sonra Belarus təmsilçisinin baş məşqçisi Aleksandr Şaqoyko deyib. O bildirib ki, komandası optimist qalmalıdır: "Üstünlük bizdədir, amma o qədər də böyük deyil. Rəqib ikinci oyun üçün nəyisə dəyişəcək. Biz özümüz də səhvlərimizi aradan qaldırmağa çalışacağıq. İkinci oyunu gözləyəcəyik". "Biz 7 dəqiqəyə iki qol buraxacağımızı da planlaşdırmırdıq. Lakin qələbəyə hazırlaşmışdıq. Bunu da etdik. Kiminlə oynayacağımızı bilirdik. Hər şey plan üzrə getdi", - deyə baş məşqçi qeyd edib. Qeyd edək ki, qarşılaşma Belarus təmsilçisinin 2:4 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.
Mənbə
oxu.az