İdman
FIFA DÇ-2026-nın rəmzi yığmasını açıqladı
FIFA 2026-cı il dünya çempionatının rəmzi yığmasını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb. Rəmzi yığmada İspaniya və Fransa millilərinin hərəsi üç, Argentina millisinin iki, Kabo-Verde, İngiltərə və Norveç yığmalarının isə hərəsindən bir futbolçu yer alıb. DÇ-2026-nın rəmzi yığması: Qapıçı: Vozinya (Kabo-Verde) Müdafiəçilər: Mark Kukurelya (İspaniya) Dayo Upamekano (Fransa) Lisandro Martines (Argentina) Pedro Porro (İspaniya) Yarımmüdafiəçilər: Cud Bellinqem (İngiltərə) Rodri (İspaniya) Maykl Olise (Fransa) Hücumçular: Lionel Messi (Argentina) Erlinq Holand (Norveç) Kilian Mbappe (Fransa).
Mənbə
oxu.az