İdman

FIFA dünya çempionatında danışılmış oyunlarla bağlı şübhələrə aydınlıq gətirdi

22 Jul 2026, 20:24 2 baxış
FIFA dünya çempionatında danışılmış oyunlarla bağlı şübhələrə aydınlıq gətirdi
FIFA 2026-cı il dünya çempionatının oyunlarında şübhəli mərc fəaliyyəti və ya danışılmış oyun əlamətləri aşkar etməyib. Oxu.Az xəbər verir ki, bu barədə "SbcNews" məlumat yayıb. Məlumata görə, FIFA-nın Yarışların Dürüstlüyünün Təmin Olunması üzrə Hədəf Qrupu DÇ-2026 çərçivəsində keçirilən bütün oyunları təhlil edib və heç bir şübhəli mərc fəaliyyəti qeydə almayıb. Bildirilib ki, mütəxəssislər turnirin bütün 104 matçı zamanı bukmeker bazarlarını və meydanda baş verənləri real vaxt rejimində izləyiblər. Toplanmış məlumatların təhlili nəticəsində heç bir qarşılaşmada nəticənin manipulyasiya edilməsi ilə bağlı şübhə yaranmayıb. Hədəf qrupunun tərkibinə futbol konfederasiyalarının, ABŞ, Kanada və Meksika futbol federasiyalarının nümayəndələri, həmçinin ABŞ Federal Təhqiqat Bürosu (FTB), İnterpol, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Avropa Şurası, "Sportradar", Beynəlxalq Mərc Dürüstlüyü Assosiasiyası və digər təşkilatların nümayəndələri daxil olublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər