İdman
"Qarabağ" Sofiya komandası ilə oyundan əvvəl son məşqini keçirib
UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşacaq "Qarabağ" oyundan əvvəl son məşqini keçirib. Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin "Azersun Arena"da baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olub. Məşq zamanı futbolçular əvvəlcə isinmə hərəkətləri yerinə yetirib, daha sonra top və fiziki hazırlıq üzərində müxtəlif çalışmaları icra ediblər. Qeyd edək ki, "Qarabağ" - ÇSKA (Sofiya) arasında ilk görüş iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Sofiyada baş tutacaq.
Mənbə
oxu.az