İdman
Güləş üzrə U17 milli komandamızın dünya çempionatı öncəsi açıq məşqi keçirilib
27 iyul - 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatında iştirak edəcək milli komandanın açıq məşqi keçirilib. Oxu.Az-ın məlumatına görə, məşqi federasiya rəhbərliyi, həmçinin nümayəndələri və digər rəsmi şəxslər izləyiblər. Məşqdən əvvəl Güləş Federasiyasının baş katibi Pərvin Piriyev və vitse-prezident Namiq Abdullayev çıxış edərək yarışçılara uğurlar arzulayıblar. Daha sonra komandalarımızın heyəti açıqlanıb. Sonda mundialda iştirak edəcək güləşçilərin məşqi keçirilib.
Mənbə
oxu.az