İdman

Pərvin Piriyev: "Hər kəs Bakıdakı idman bayramının bir parçası olmağı arzulayır"

22 Jul 2026, 11:40 3 baxış
Pərvin Piriyev: "Hər kəs Bakıdakı idman bayramının bir parçası olmağı arzulayır"
"Sevindirici haldır ki, bu dünya çempionatında son 20 ilin iştirakçı rekordu qırılıb". Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) Baş katibi Pərvin Piriyev güləş üzrə milli komandanın açıq məşqçi zamanı deyib. O bildirib ki, bu, dövlətimizin beynəlxalq arenada qazandığı uğurlu reputasiyanın nəticəsidir: "Hər kəs Bakını görmək istəyir, hər kəs Bakıdakı idman bayramının bir parçası olmağı arzulayır. Siz bizim üçün doğmasınız. Bizim üçün sizin döyüşkən ruhlu olmağınız əsasdır. Sizdən gözləntimiz uğurdan savayı sona qədər döyüşməkdir. Bu gün siz xoşbəxtsiniz ki, məşqçiləriniz Rafiq Hüseynov, Hacı Əliyev, eyni zamanda Mariya Stadnikdir. Rahat olun, məğlub olacağıqsa, birlikdə olacağıq, qalib gələcəyiksə, birlikdə bunu qeyd edəcəyik. Məğlub olub başınızı heç vaxt aşağı salmayın. Biz güləş ölkəsiyik. Biz o vaxt güclüyük ki, dostlarımızın qələbəsinə sevinək. Tribunaya gəlib komandamızın yanında olaq". Qeyd edək ki, güləş üzrə U17 Dünya çempionatı 27 iyul - 2 avqust tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər