İdman

"Çelsi" "Mançester Siti"nin rekordunu qırdı

22 Jul 2026, 03:24 3 baxış
"Çelsi" "Mançester Siti"nin rekordunu qırdı
"Çelsi" "Aston Villa"dan İngiltərə millisinin futbolçusu Morqan Rocersin transferini rəsmən elan edib. Oxu.Az "Sky Sports"a istinadən xəbər verir ki, məlumatına görə, transferin məbləği 117 milyon funt-sterlinq (təxminən 137 milyon avro) təşkil edib. Bu, ingiltərəli futbolçu üçün indiyədək ödənilmiş ən böyük məbləğdir. 23 yaşlı Rocers "Çelsi" ilə 7 illik müqavilə imzalayıb. Qeyd edək ki, iyulun əvvəlində İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Anderson ən bahalı ingilltərəli futbolçu olmuşdu, belə ki, "Mançester Siti" onu "Nottingem Forest"dən 116 milyon funt-sterlinqə (təxminən 136 milyon avro) almışdı. İndi isə bu rekord yenilənib.
Mənbə oxu.az

Oxşar Xəbərlər