İdman

Modriç "Milan"la bağlı qərarını verdi

22 Jul 2026, 00:24 1 baxış
Modriç "Milan"la bağlı qərarını verdi
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç "Milan" futbol klubu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb. Oxu.Az bildirir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkə hesabında məlumat verib. Futbolçu İtaliya klubu ilə qısamüddətli müqavilə imzalayacaq. 40 yaşlı yarımmüdafiəçinin "Milan"la əvvəlki müqaviləsi bu yay başa çatıb. Qeyd edək ki, Modriç "Milan"a 2025-ci ilin yayında keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 37 oyunda iştirak edib, iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında təqdim olunan məlumata əsasən, futbolçunun bazar dəyəri 3.5 milyon avro təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər