İdman

Messi doğma şəhərinə qayıtdı - VİDEO

22 Jul 2026, 01:00 3 baxış
Messi doğma şəhərinə qayıtdı - VİDEO
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatındakı (DÇ-2026) çıxışından sonra vətəninə qayıdıb. Oxu.Az bu barədə "TyC Sports"a istinadən xəbər verir.

39 yaşlı Messi DÇ-2026-nın final oyununda İspaniyaya məğlubiyyətdən (0:1) sonra ailəsi ilə birlikdə bir neçə gün istirahət etmək üçün doğma şəhəri Rosarioya uçub. Daha sonra o, "İnter Mayami"yə qoşulmaq və MLS mövsümündə çıxışlarını davam etdirmək üçün ABŞ-yə qayıdacaq. Bunun nə vaxt baş tutacağı hələ ki məlum deyil. "İnter Mayami"nin növbəti matçları evdə "Çikaqo Fayr"a (22 iyul) və səfərdə "Monreal"a (25 iyul) qarşı olacaq. Finaldakı məğlubiyyətdən sonra argentinalı futbolçular müxtəlif istiqamətlərə yollanıblar. Paytaxt Buenos-Ayresə yalnız 16 oyunçu qayıdıb, onları paytaxtda minlərlə azarkeş qarşılayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər