İdman

Məşhur futbol hakimi karyerasını başa vurdu

21 Jul 2026, 23:24 2 baxış
Məşhur futbol hakimi karyerasını başa vurdu
İngiltərənin tanınmış futbol hakimi Entoni Teylor karyerasını başa vurduğunu elan edib. Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir. 47 yaşlı referi karyerası ərzində bütün turnirlərdə 831 matç idarə edib. DÇ-2026-nın İspaniya və Portuqaliya arasında keçirilən 1/8 final oyunu onun karyerasındakı son matç olub. Qeyd edək ki, Teylor 2010-cu ildən İngiltərə Premyer Liqasının oyunlarını idarə edib, 2020 və 2024-cü illərin Avropa çempionatlarında, həmçinin DÇ-2022-də hakimlik edib. O, İngiltərənin kubok turnirlərinin finallarını idarə edib və 1901-ci ildən bəri karyerası ərzində iki dəfə İngiltərə Kubokunun finalında hakimlik edən ilk referi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər