İdman
Hansı klub DÇ-2026-ya görə daha çox pul alacaq?
İngiltərənin "Mançester Siti" klubu FIFA-nın dünya çempionatına görə klublara ayırdığı ödənişlər reytinqinə ardıcıl üçüncü dəfə başçılıq edəcək. Oxu.Az bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir. DÇ-2026 üçün "Club Benefits Programme" (CBP) proqramının ümumi fondu rekord həddə - 355 milyon dollara çatır. Bu məbləğdən 250 milyon dollar oyunçuları final turnirində iştirak edən klublar arasında, 100 milyon dollar isə seçmə mərhələ oyunlarında iştiraka görə bölüşdürüləcək. Qalan 5 milyon dollar klub futbolunun inkişafına yönəldiləcək. "The Athletic"in hesablamalarına görə, "Mançester Siti" turnirin yekun mərhələsinə (final və üçüncü yer uğrunda oyuna) qədər yüksələn altı oyunçusu - fransalı Rayan Şerki, ingilislər Mark Qehi, Niko O'Rayli, Con Stounz və Ceyms Trafford, eləcə də ispaniyalı Rodri sayəsində təxminən 4.4 milyon dollar qazanacaq. İkinci yeri "Barselona" tutacaq (3.9 milyon dollar) - Kataloniya təmsilçisinin heyətindən 16 oyunçu turnirin müxtəlif mərhələlərində iştirak edib. İlk beşliyə həmçinin "Bavariya" (3.4 milyon dollar), "Arsenal" (3.3 milyon dollar) və PSJ (3.2 milyon dollar) daxil olub. Ümumilikdə "The Athletic" CBP proqramı üzrə ödəniş alacaq 451 klub qeydə alıb.
Mənbə
oxu.az