İdman
Valdas Dambrauskas: "Çoxlu qol epizodları yaratdıq, əfsuslar olsun ki, top tora daxil olmadı"
"Qələbə münasibətilə "Sabah" ailəsini təbrik edirəm". Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Sabah" - "KuPS" matçından sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu, böyük və möhtəşəm bir duyğudur: "Mən bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yəqin ki azarkeşlərimiz bir az üzgündürlər. Çünki hesab daha böyük ola bilərdi. Taktiki cəhətdən oyunçularımdan heç bir şikayətim yoxdur. Biz çoxlu qol epizodları yaratdıq. Əfsuslar olsun ki, top tora daxil olmadı. Bir az da bəxtimiz gətirdi. Çünki rəqibin 100 faizliq qol epizodu olsa da, bundan yararlana bilmədilər. Biz indi daha da ciddi hazırlaşmalıyıq. Çünki bilirik ki, uzun səfərdən sonra bizi çox çətin oyun gözləyir. Bu oyunda da sərfəli nəticə qazanmaq üçün daha da ciddi hazırlaşmalıyıq". Baş məşqçi Maludanın meydanda olmamasına da münasibət bildirib: "Mənim məşqçi olaraq əsas vəzifəm əlimdə olan ən yaxşı 11-liyi müəyyənləşdirib meydana buraxmaqdır. Bunun üçün də bütün oyunçular mental və fiziki cəhətdən hazırlıqlı olmalıdırlar ki, əsas heyətdə meydana daxil ola bilsinlər. Maluda mental və fiziki cəhətdən bu oyuna tam hazır olmadığı üçün meydana bu gün meydana çıxmadı". Xatırladaq ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Sabah" - "KuPS" matçı 1:0 təmsilçimizin qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab oyunu bir həftə sonra Finlandiyada keçiriləcək.
Mənbə
oxu.az