İdman
Ermənistan güləşçiləri Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər
Ermənistanın güləş üzrə milli komandaları Bakıda keçiriləcək U-17 dünya çempionatına qatılacaqlar. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək U-17 dünya çempionatında Ermənistanın həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə komandaları yer alacaqlar. Sərbəst güləş üzrə komandada altı güləşçi, yunan-Roma güləşi üzrə komandada 10 güləşçi yarışda qüvvəsini sınayacaq.
Mənbə
oxu.az