İdman

Yamal dünya futbolu tarixinə düşdü

20 Jul 2026, 12:57 2 baxış
Yamal dünya futbolu tarixinə düşdü

İspaniya millisinin vingeri Lamin Yamal dünya futbolu tarixinə düşüb.


Axar.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.


İspaniyanın Argentina üzərində əlavə vaxtda qazandığı 1:0 hesablı qələbə ilə başa çatan DÇ-2026-nın finalında meydana çıxan Yamal 19 yaşına qədər həm Avropa çempionatını, həm də dünya çempionatını qazanan ilk futbolçu olub.


Xatırladaq ki, Yamal 2024-cü ildə İspaniya millisinin heyətində Avropa çempionu olmuşdu.


19 yaşlı futbolçu başa çatan dünya çempionatında bütün 8 oyunda iştirak edib və 1 qol vurub.


O, Almaniyada keçirilən Avro-2024-də də komandasının bütün 7 matçında forma geyinib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Mənbə axar.az

Oxşar Xəbərlər