İdman
Bu gün klublarımızın avroliqadakı növbəti rəqibləri bəlli olacaq
Bu gün UEFA Çempionlar, Avropa və Konfrans liqalarında üçüncü təsnifat mərhələləri üçün püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçiriləcək. Oxu.Az xəbər verir ki, Çempionlar Liqasının (ÇL) püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da, Avropa Liqasının (AL) saat 15:00-da, Konfrans Liqasının (KL) isə mərasimi saat 16:00-da başlayacaq. Qeyd edək ki, ölkə çempionu "Sabah" ÇL-də, "Qarabağ" AL-də, "Neftçi" və "Zirə" isə KL-də mübarizə aparırlar.
Mənbə
oxu.az