İdman

Mbappe DÇ-2026-nın bombardiri oldu

20 Jul 2026, 02:26 23 baxış
Mbappe DÇ-2026-nın bombardiri oldu

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il futbol üzrə dünya çempionatının ən məhsuldar oyunçusu olub.


Axar.az xəbər verir ki, forvard turnirin 8 oyununda 10 qol vuraraq bombardirlər siyahısına başçılıq edib.


İkinci yeri 8 oyunda 9 qolla Argentina millisinin hücumçusu Lionel Messi tutub.


27 yaşlı Mbappe 2024-cü ildən İspaniyanın "Real Madrid" klubunda çıxış edir.


O, Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə isə mundialın bombardiri seçilib.


Mbappe dünya çempionatları tarixində vurduğu 22 qolla rekordçudur.

Mənbə axar.az

Oxşar Xəbərlər